هلق کندی و کمکی داغی
مطالب، اخبار و تصاویر از روستا و مطالب جالب و خواندنی
چهارشنبه 10 اردیبهشت 1393 :: 13:24 :: نويسنده : kamkidagi

KÜSMƏ MƏNDƏN

Kusmə məndən gozəl mələk, gozəli Allah yaradır,

Mənim kimi qullar üçün gozəlləri şah yaradır.

Məcnunları gecə-gündüz salır sonsuz səhralara,

Harda sevən Leyli varsa, orda bir dərgah yaradır!

 

Bircə gozəl yaradıbsa, bütün Cinə qurban olum,

Hansı dində olur-olsun, mən o dinə qurban olum,

Yaradanın eşq adlanan hikmətinə qurban olum,

Yeri-göyü sevmək üçün insanda tamah yaradır!

 

Bakı hara, Pekin hara, könlüm onu yada salır,

Günahkaram, günahlarım ruhuma qan-qada salır,

Qadir Allah sevənləri diri gözlü oda salır,

Yazıq bəndə sevə-sevə gundə bir günah yaradır!

VƏTƏN
Vətəndə qürbəti heç düşünmədim,
Qürbətə düşdüyüm an "Vətən!" - dedi.
Qəlbim an kimi elə sızladı,
Bağrımın başında şan "Vətən!", - dedi.

Allahı, vallahı söz olan dilim,
Yurdun hər sözünə göz olan dilim,
Ağrımın içində köz olan dilim,
Axşam harayladı, dan "Vətən!", - dedi.

Nədir bu sözdəki ilahi qüdrət?
Dizlərə taqətdi, qollara qüvvət.
Elə ki birləşdi həsrətlə qüdrət,
Ürək parçalandı, can "Vətən!", - dedi.


نظرات کاربران

دیدگاه خود را با ما در میان بگذارید

ثبت نام کاربران

در چند ثانیه حساب کاربری خود را بسازید

قبلا ثبت نام کرده‌اید؟

ورود کاربران

خوش آمدید! لطفا وارد حساب خود شوید

رمز عبور را فراموش کرده‌اید؟
$captcha_html
حساب کاربری ندارید؟

فراموشی رمز عبور

نام کاربری یا ایمیل خود را وارد کنید

یا