KÖNLÜM
Bax gozlərin şoləsinə,
Həyat versin şolə sənə.
Kim vurulmaz beləsinə?
Vurulmağa dəyər, könlüm!
****
Yaza donər, qışın olsa,
Belə tərlan quşun olsa,
Yolunda bir qoşun olsa,
Qırılmağa dəyər, könlüm!
****
Qurban elə baş da, can da,
Bu sevgini yaşat qanda,
Boz-bulanıq sel olsa da,
Durulmağa dəyər, könlüm!
***
Gözü bəsdi, bulaq gəzmə,
Könlü bəsdi, ocaq gəzmə,
Bu gozəldən uzaq gəzmə,
Yar olmağa dəyər, könlüm!
mənbə: zəlimxan yaqub - seçilmiş əsərləri
نظرات شما عزیزان: